Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində Qədim dünya və orta əsrlər tarixi kafedrasının təşkilatçılığı ilə “Qondarma “erməni soyqırımı” erməni uydurmasıdır” mövzusunda elmi seminar keçirilib.
Seminarda Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova erməni yalanları və saxtakarlığının tarixi kökləri, əsl soyqırımına məruz qalan azərbaycanlı əhali haqqında məlumat verib, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun şanlı qələbəsindən söz açıb.
Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri, akademik Yaqub Mahmudov “Qondarma “erməni soyqırımı” erməni uydurmasıdır” mövzusunda məruzə ilə çıxış edib. O, məruzəsində çoxsaylı arxiv sənədləri əsasında erməni yalanlarını iştirakçıların diqqətinə çatdırıb. Məruzəçi tarixən ermənilərin öz xarici havadarlarına arxalanaraq türk-müsəlman əhaliyə qarşı dəfələrlə riyakarcasına törətdikləri soyqırımlarını, xəyanəti tutarlı faktlarla sübut edib. Eyni zamanda, XVIII-XIX əsrlərdə Qafqazın, o cümlədən Azərbaycanın Rusiya imperiyası tərəfindən işğalı zamanı ermənilərin bu şəraitdə öz maraqlarını təmin etmək planlarını, Azərbaycan torpaqlarında erməni dövlətinin yaradılması məqsədilə türk-müsəlman əhalisinə qarşı qırğınlar törədilməsi faktlarını nəzərə çatdırıb.
Akademik Yaqub Mahmudov müasir beynəlxalq münasibətlərdəki ikili standartlara xüsusi diqqət çəkərək, tarixçi alimlərimizi real tariximizi öz gücümüzlə, imkanlarımızla araşdırmağa çağırıb. Alimin əhatəli və dərin təhlil əsasında qurduğu mühazirə iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Tehsil-press.az