Bakı Dövlət Universitetində “Uydurma erməni soyqırımı: reallıqlar və faktlar” mövzusunda tədbir keçirilib.
BDU-nun rektoru Elçin Babayev uydurma soyqırımı iddiasının heç bir əsasa malik olmadığını, ermənilərin tarixi hadisələri saxtalaşdıraraq bundan daim Türk dünyasına qarşı təzyiq vasitəsi kimi istifadə etdiklərini bildirib.
Qeyd edib ki, erməni diasporası qondarma erməni soyqırımı məsələsində aldıqları dəstək qarşılığında hər dəfə daha da azğınlaşır və prosesi daha böyük miqyasda həyata keçirməyə çalışırlar.
Lakin faktlar və tarixi mənbələr bu iddiaların cəfəngiyyatdan başqa bir şey olmadığını göstərir. Son illərdə Azərbaycan dövlətinin seçdiyi diplomatik hücum taktikasının verdiyi bəhrələrdən, ermənilərin mövqeyinin günü-gündən zəifləməsindən danışan rektor bütün bu uğurların kökündə Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin dayandığını qeyd edib. Dövlət başçısının bu siyasətinin, eyni zamanda, sevincli və kədərli günümüzdə bizimlə olan dost və qardaş Türkiyə ilə bağlı olduğunu bildirən rektor dəfələrlə arxivlərin açılması çağırışının edilməsinə baxmayaraq, ermənilərin bu məsələdən yayındıqlarını əslində soyqırımı faktının olmamasına sübut kimi dəyərləndirib.
Bakı Dövlət Universitetinin dosenti Atamoğlan Məmmədli “24 aprel - uydurma erməni soyqırımının ifşası” mövzusunda məruzə edib. O, qondarma erməni soyqırımının Osmanlı Türkiyəsində yaşayan ermənilərin sistemli şəkildə məhv edildiyini irəli sürən iddia olduğunu bildirib. Qərb dövlətlərinin Osmanlını aradan qaldırmaq üçün hazırladıqları hərbi-təcavüzkarlıq planlarından danışan Atamoğlan Məmmədli Qafqazda, Eçmiədzin kilsəsinin fəal iştirakı ilə erməni terrorçu ünsürlərinin təlimat və silahlarla təchiz edilərək Şərqi Anadoluya göndərilməsindən, Osmanlı dövlətində müxtəlif millətlərə və dinlərə münasibətdən bəhs edib. Böyük dövlətlər tərəfindən Osmanlının daxili işlərinə qarışmaq planları haqqında məlumat verən Atamoğlan Məmmədli bu istiqamətdə osmanlı vətəndaşları olan ermənilərdən və Rusiyadan gəlmə erməni terrorçularından istifadə olunduğunu vurğulayıb, “Hınçaq” və “Daşnaksütyun” terror təşkilatlarının pozuculuq fəaliyyətləri barədə də danışıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov isə ermənilərin guya soyqırıma məruz qalmaları barəsində əsassız iddiaları və onların mahiyyəti barədə fikirlərini bölüşüb.
BDU-nun Mətbuat Xidməti