Azərbaycan Universitetində müəllimlər üçün “Müasir interaktiv təlim metodları” mövzusunda təlim keçirilib. “Azərbaycan universitetlərində tədris və təlimin təkmilləşdirilməsi” PETRA (Promoting Excellence in Teaching and Learning in Azerbaijani Universities) layihəsi çərçivəsində təşkil olunan təlimi Azərbaycan Universiteti rektorunun məsləhətçisi Əli Həsənov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov, Sosial iş fakültəsinin dekanı Aygün Musayeva və monitorinq üzrə mütəxəssis Elçin Cəfərov aparıb.
Təimdə layihənin məqsədi, tərəfdaşları və mərhələləri haqqında məlumat verilib. Klassik və müasir təlim metodları qarşılıqlı müqayisə olunub. İştirakçılara öyrənmə tipləri və məlumatın ötürülməsi üsulları haqqında məlumat çatdırılıb. Qeyd olunub ki, müasir çağırışlarda müəllimdən mühazirəçi yox, fasilitator olması gözlənilir.
Sonda müasir interaktiv təlim texnikalarının hər biri haqqında ətraflı məlumat təqdim olunub və qeyd olunub ki, bu texnikalar tədrisin səmərəliliyinə müsbət təsir göstərir.
İctimaiyyətlə əlaqələr şöbəsi