Dəniz Akademiyasının tələbələri üçün təlim keçirilib

Dəniz Akademiyasının tələbələri üçün təlim keçirilib “Azərbaycan Xəzər Dəniz Gəmiçilyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri üçün Beynəlxalq Dəniz Təşkilatının (İMO) Dənizçilərin Hazırlanması, Sertifikatlaşdırılması və Növbə Çəkmələri Haqqında Beynəlxalq Konvensiyasının (STCW) tələblərinə giriş mövzusunda ingilis dilində təlim keçirilib.
50-dək tələbənin iştirak etdiyi seminarı ASCO sədrinin müşaviri, uzun illər dənizdə çalışan, tanınmış kapitan Titos Giannakakis aparıb.
Titos Giannakakis təlim zamanı tələbələrə Konvensiyanın tələbləri barədə ətraflı məlumat verilib. Bundan başqa, o, təlim metodları haqqında da danışıb. Bildirib ki, STCW-nin tədris vəsaitləri ilə kifayətlənmək olmaz. Online təlim, kompyuter əsaslı təlim, web əsaslı təlim, iş üzrə təlim, simulyator əsaslı təlimdən də yararlanmaq vacibdir.
İki saat davam edən seminar İnteraktiv formada aparılıb, tələbələrin sualları cavablandırılıb, fikirləri dinlənilib.

ADDA-nin Mətbuat Xidməti



Oxşar xəbərlər