Azərbaycan Dövlət İqtisad Universitetinin Rus İqtisad Məktəbində “Nə? Harada? Nə zaman” intellektual yarışı keçirilib.
Tələbələr arasında Azərbaycan mədəniyyəti, tarixi və incəsənətini təbliğ etmək məqsədilə təşkil olunan yarışma “Doğma dil” mövzusuna həsr edilib. Universitetin bütün fakültələrinin təmsil olunduğu yarışda 17 komanda qələbə uğrunda bilik mübarizəsi aparıb. Tələbələrə Azərbaycan filmlərindən süjetlər nümayiş etdirilib, suallar verilib.
Gərgin və maraqlı keçən intellektual yarışın qalibi “Leqatus” komandası olub. İkinci yerə “Generalissimus”, üçüncü yerə isə “Epsilon” komandası layiq görülüb.
Qalib komandalara kubok və hədiyyələr təqdim olunub.
UNEC-in Mətbuat Xidməti