Lerikdə 3 oğul anasını kim qətlə yetirdi?

Lerikdə 3 oğul anasını kim qətlə yetirdi? Ötən gün Lerik rayonunda boğazı kəsilərək öldürülən qadını kimin qətlə yetirdiyi hələ ki, müəyyən edilməyib.
İlkin məlumata görə, təxminən 40 yaşında olan Fərziyeva Zəkifə Firuz qızı dünən gündüz saatlarında evdə tək olub. O, boğazından 7 bıçaq zərbəsi vurulduqdan sonra başı kəsilərək qətlə yetirilib.
Z.Fərziyevanın üç oğlu var. Bir oğlu hazırda hərbi xidmətdədir, digəri isə Bakıda işləyir. Bir müddət öncə hərbi xidmətdən qayıdan üçüncü oğlu isə onunla birgə yaşayır. Hadisə vaxtı həmin oğlanın meşədə olduğu bildirilir.
İlkin istintaqla bağlı iki kənd sakini və qadının onunla birgə yaşayan oğlu ifadələri alınmaq məqsədilə prokurorluğa aparılıb.
Z.Fərziyevanın həyat yoldaşı isə uzun müddətdir Rusiyada yaşayır.
Faktla bağlı araşdırma aparılır, qadını kimin qətlə yetirildiyi isə hələlik məlum deyil.

Tehsil-press.az

Oxşar xəbərlər