Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosenti Təranə Mahmudova Türkiyədə İqtisadi İnkişaf və Sosial Araşdırmalar Dərnəyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq IV Ankara konqresində iştirak edib.
Konqresdə T.Mahmudova “Kommunikasiya əsrində jurnalistikanın etik çağırışları: yeni mediada hadisələrin işıqlandırılmasında təzadlı və mübahisəli məsələlər” mövzusunda məruzə ilə çıxış edib. Çıxışda sosial media da daxil olmaqla yeni medianın jurnalistikanın ənənəvi normalarına təsiri, özəlliklə də etik məsələlərlə bağlı bir sıra təzadlı halların yaranması barədə məlumat verilib.
Tehsil-press.az