BDU-da “Vətən müharibəsi dövründə medianın fəaliyyətinin təhlili” layihəsi yekunlaşmaq üzrədir

BDU-da “Vətən müharibəsi dövründə medianın fəaliyyətinin təhlili” layihəsi yekunlaşmaq üzrədir Bakı Dövlət Universitetində (BDU) Vətən müharibəsi dövründə yerli və xarici medianın fəaliyyətini təhlil edən, müvafiq analitik tədqiqatlar aparan layihə işini yekunlaşdırmaq üzrədir.
Layihənin işçi qrupu 5 istiqamət üzrə fəaliyyət göstərərək, Azərbaycan Prezidentinin xarici KİV-ə müsahibələri, Vətən müharibəsi beynəlxalq mediada, Vətən müharibəsi ölkə mediasında, müharibə dövründə Ermənistan mediası, Vətən müharibəsi dövründə BDU-nun professor-müəllim heyəti və tələbələrinin ölkə mediasında çıxışlarının təhlilini aparıb.
İşçi qrupuna BDU Jurnalistika fakültəsinin tanınmış alimləri ilə yanaşı, ölkənin bir sıra nüfuzlu media mütəxəssisləri, beynəlxalq jurnalistika tədqiqatçıları, habelə gənc araşdırmaçılar, doktorant və magistrantlar daxil edilib. Aparılan araşdırmalar əsasında geniş hesabatlar hazırlanıb və yaxın müddətdə ictimaiyyətə təqdim olunacaq. Bundan başqa, işçi qrup Vətən müharibəsində obyektiv mövqe nümayiş etdirən, Azərbaycanın haqlı mövqeyini dəstəkləyən xarici media qurumlarına, jurnalist, siyasətçi və politoloqlara təşəkkür məktubları ünvanlayıb.
Analitik hesabat hazırlanarkən jurnalistikanın prinsiplərinə, beynəlxalq jurnalistika təşkilatlarının təcrübəsinə, eyni zamanda, beynəlxalq təşkilatların (UNESCO, ATƏT, AŞPA) jurnalistin peşə fəaliyyəti ilə bağlı qəbul etdikləri tövsiyə xarakterli sənədlərə istinad edilib.

Tehsil-press.az


Oxşar xəbərlər