Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı beynəlxalq konqresdə məruzə edib

Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı beynəlxalq konqresdə məruzə edib 23 aprel - Milli Hakimiyyət və Uşaq Bayramı münasibətilə Türkiyənin Ankara şəhərində onlayn formatda II Beynəlxalq 23 Aprel Elmi Tədqiqatlar Konfransı keçirilir. AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Əli Fərhadov konqresdə onlayn məruzə ilə iştirak edir.
Ə.Fərhadovun “Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri və multikultural dəyərlər” mövzusunda məruzəsi və digər məruzələr konqresin materiallar toplusuna daxil edilərək kitab şəklində nəşr olunacaq.

Tehsil-press.az

Oxşar xəbərlər