Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində “Məişətdə baş verən neqativ hallara qarşı mübarizə” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə məişətdə neqativ hallar, habelə problemlər və onların həlli yolları müzakirə edilib.
Tədbirdə dekan müavini, dosent İranə Məmmədli bu istiqamətdə gənclərin maarifləndirilməsində təhsil ocaqlarının rolundan bəhs edib. Maarifləndirmə işlərinin və nəzarət mexanizmlərinin gücləndirilməsinin vacibliyini vurğulayan İ.Məmmədli təkliflərini də diqqətə çatdırıb.
Sonra Sosial və pedaqoji psixologiya kafedrasının müəllimi Şahnaz Aslanova, Sosial iş kafedrasının müdiri, dosent Üzeyir Şəfiyev bu istiqamətdə cəmiyyətdə həyata keçirilən tədbirlərin effektivliyinin yoxlanılması, riskli ailələrin müəyyən edilməsi və lazımi dəstəyin göstərilməsi, törədilmiş zorakılıq hallarının müzakirəsi üzrə fəaliyyətlərin əlaqələndirilməsi haqqında geniş məlumat verib.
Sonda tələbələrin sualları cavablandırılıb.
Tehsil-press.az