Türkiyə və Rusiya birgə vaksin istehsal edəcək

Türkiyə və Rusiya birgə vaksin istehsal edəcək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin arasında baş tutan telefon danışığında “Sputnik V” vaksininin tədarükü məsələsi də gündəmdə olub.
Görüşdə Türkiyə-Rusiya əlaqələrini inkişaf etdirəcək addımlar, COVID-19-la mübarizədə əməkdaşlıq və regional məsələlər müzakirə olunub.
Ərdoğan aparılan vaksinasiya çərçivəsində Rusiyadan Türkiyəyə göndəriləcək “Sputnik V” peyvəndinin nəqlinin planlaşdırılan şəkildə həyata keçirilməsini gözlədiklərini deyib.
“İki ölkənin bir çox sahədəki əməkdaşlığına vaksin istehsalının da daxil olmasından böyük məmnunluq duyuruq”, - Türkiyə lideri əlavə edib.

Tehsil-press.az


Oxşar xəbərlər