Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov ABŞ prezidentinin təhrif və yalan üzərində qurulmuş qondarma “erməni soyqırımı” bəyanatı ilə bağlı Türkiyə universitetlərinə və qurumlarına dəstək məktubu ünvanlayıb.
Məktubda ABŞ prezidentinin bəyanatının ölkə ictimaiyyəti tərəfindən dərin təəssüflə qarşılandığı, bu yanlış bəyanatın qardaş Türkiyəyə, bütövlükdə türk dünyasına zərər vura bilməyəcəyi, əksinə, daha qətiyyətli qərarların verilməsinə, addımların atılmasına vəsilə olacağı qeyd edilib.
Rektor bir millət, iki dövlət olaraq, Türkiyənin bizim üçün yalnız dost və tərəfdaş deyil, həm də qardaş ölkə olduğunu vurğulayıb. UNEC ailəsinin hər zaman qardaş Türkiyənin yanında olduğunu və əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyini bildirib.
Türkiyə universitetləri və qurumları dəstəyə görə UNEC rektoruna minnətdarlıq məktubu ünvanlayıblar. Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərinin qədim tarixi olduğunu, iki dövlətin öz tarixlərinin ən çətin dövrlərində bir-birinə qardaş dəstəyini hər zaman nümayiş etdirdiklərini bildiriblər. Bu dəstəyin Azərbaycanın şanlı Qələbəmizdən sonra da davam etməkdə olduğunu vurğulayıblar.
Tehsil-press.az