Qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı ABŞ Prezidenti C.Baydenin 24 aprel tarixli bəyanatı beynəlxalq münasibətlər sistemində hökmranlıq edən “ikili standartlar” siyasətinin növbəti dəfə təzahürüdür. Şübhəsiz ki, beynəlxalq münasibətlər sistemində “ikili standartlar” siyasətinin hökm sürməsi təəssüf hissi doğurur. Yüz il bundan əvvəl baş vermiş hadisələr yanlış şəkildə təqdim edilərkən, 30 il bundan əvvəl Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımına hələ də ədalətli qiymət verilməməsi qərəzlilik və ikili standart nümunəsidir.
Bu fikirləri Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki, tarixi hadisələrin qiymətləndirilməsində mütləq obyektiv mövqedən çıxış edilməlidir. 1915-ci il hadisələrinin araşdırılıb, qiymət verilməsi siyasətçilərin deyil, tarixçilərin işidir. Məhz bu məqsədlə, həmin dövrün hadisələrinin birgə tarixi komissiya tərəfindən araşdırılması barədə Türkiyənin təklifini, baş verən hadisələri ört-basdır etmək istəyən, özünü məzlum ölkə kimi qələmə verməyə çalışan Ermənistan qəbul etməyib. Əlbəttə ki, bu açıq-aydın tarixin saxtalaşdırılması, “tarixin yenidən yazılması” cəhdidir. Belə bir səhv hüquqi, siyasi və tarixi baxımdan qəbuledilməzdir. Təbiki, burada əsas məqsəd tarixi saxtalaşdıraraq, ondan siyasi təzyiq vasitəsi kimi istifadə etməkdir.
T.Cəfərova xüsusilə qeyd edib ki, öz siyasi maraqlarına görə həqiqətlərə göz yuman beynəlxalq qüvvələrin canfəşanlığını da nəzərə almalıyıq. Son dövrlər qondarma “erməni soyqırımı” iddialarının dünya gündəmində yer almasının səbəbkarı təkcə Ermənistan və erməni lobbisi deyil, həmçinin regionla bağlı imperialist maraqlar güdən qlobal güclərdir. Yaxşı olardı ki, “tarixi həqiqətlər axtarışı”nda olan qüvvələr erməni millətçilərindən Mərkəzi Anadoluda törətdikləri amansız qətllərin hesabını istəyərdilər. Təəssüflər olsun ki, saxta tarix axtarışında olanlar erməni faşistlərinin azərbaycanlılara, müsəlman-türklərə qarşı törətdiyi vəhşilikləri, soyqırımı görməkdən acizdirlər.
Tarixi saxtakarlıqlar üzərində qurulmuş erməni dövlətçiliyi bütün dövrlərdə müxtəlif təxribatlara əl atıb deyən millət vəkili bildirib ki, onilliklər ərzində erməni təbliğat maşını və onun havadarları Osmanlı imperiyasında ermənilərə qarşı soyqırımı törədildiyini sübut etməyə və bütün dünyanı buna inandırmağa cəhd göstərib.Eyni zamanda onu da qeyd etməliyik ki, Ermənistanın tarixi faktların saxtalaşdırılması və ekspansiya siyasəti yalnız qardaş Türkiyəyə qarşı deyil, uzun illər ərzində Azərbaycana qarşı da həyata keçirilib. Təkcə 1918-ci ilin mart soyqırımı zamanı 12 mindən çox türk-müsəlman öldürülüb. XX əsrin digər faciəsi Xocalı soyqırımıdır. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən 7 min əhalisi olan Xocalı şəhərində amansız cinayət törədilib. Baş vermiş bu faciələr təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdəndir. Aqressiv erməni siyasətinin təzahürü olan bu cinayətlərin uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almaması ikili siyasətin təcəssümüdür.
Tarixin bütün dövrlərində Azərbaycan- Türkiyə dostluq, qardaşlıq münasibətləri bütün sınaqlardan inamla və üzüağ çıxıb. Bu baxımdan, iki qardaş dövlətin başçıları bütün məsələlərdə olduğu kimi, bu dəfə də ABŞ Prezidentinin məlum bəyanatına qarşı eyni mövqedən çıxış ediblər. Beləki, aprelin 24-də iki ölkənin dövlət başçıları arasındakı telefon danışığı zamanı dövlətimizin başçısı Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu qeyd edib. Türkiyə Prezidenti dəstəyə və ifadə etdiyi mövqeyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. O da Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu diqqətə çatdırıb. Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq münasibətləri bütün sahələrdə yüksələn xətt üzrə inkişaf edib və bundan sonra da belə davam edəcək.
Tehsil-press.az