UNEC-də Azərbaycan-Türkiyə diplomatik əlaqələrinin 25-ci ildönümünə həsr olunan elmi-praktik konfrans keçirilib.
Strateji Araşdırmalar Mərkəzi, Türkiyə Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzi və UNEC-in birgə təşkilatçılğı ilə keçirilən konfransda Türkiyənin ölkəmizdə fəaliyyət göstərən ictimai və elmi qurumlarının nümayəndələri, iş adamları iştirak edib.
UNEC-in rektoru, professor Ədalət Muradov Ulu öndər Heydər Əliyevin türk dünyasını birləşdirmək istiqamətində gördüyü işlərə diqqət çəkərək, Bakı-Tbilisi-Qars dəmir yolunun məhs bu uzaqgörən siyasətin özəyini təşkil etdiyini bildirib. Rektor BTQ-nin hər iki qardaş ölkə arasında iqtisadi sərhədləri aradan qaldırdığını və iqtisadi coğrafiyanı genişləndirdiyini qeyd edib. Ölkələr arasındakı iqtisadi və təhsil sahəsindəki əlaqələrdən bəhs edən rektor, UNEC-in Azərbaycanda türk dilində təhsil verən yeganə universitet olduğunu bildirərək, əməkdaşlığın bu istiqamətdə daha da genişlənəcəyinə əminliyini ifadə edib. UNEC rektoru türk ölkələri iqtisadiyyatından bəhs edən vahid dərsliyin hazırlanmasının vacibliyini vurğulayıb. O, türk dünyasının tanınmış simalarının adına mükafat təsis edilməsini də təklif edib.
Azərbaycan-Türkiyə diplomatik əlaqələrindən danışan Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral bu dostluğun tarixi köklərə, milli-mənəvi dəyərlərə sıx bağlı olduğunu bildirib. Səfir Azərbaycan ilə Türkiyə arasında iqtisadi əlaqələrin perspektivlərindən də danışıb, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını yüksək dəyərləndirib.
Türkiyə Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru, dosent Mesut Özcan ötən 25 illik dövr ərzində dövlətlərimiz və xalqlarımızın çiyin-çiyinə mürəkkəb, tarixi hadisələrlə zəngin uğurlu yol qət etdiyini vurğulayıb.
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” və Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci Türkiyənin sevinci, kədəri kədərimizdir” kəlamlarının hər iki dövlət arasında əlaqələrin sarsılmaz özülünü təşkil etdiyini bildirib.
Türkiyənin Ədalət və İnkişaf Partiyası Samsun millət vəkili, TBMM Xarici əlaqələr Komissiyasının üzvü Hasan Basri Kurt ötən illər ərzində “bir millət-iki dövlət” prinsipinin dünyada bənzəri olmayan Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrini əhatə etdiyini bildirib. Dostluq və qardaşlıq üzərində qurulan əlaqələrin bu gün strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb.

UNEC-in Mətbuat Xidməti