Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov dekabrın 10-12-də Türkiyənin Ankara şəhərində “Nəsimi” tamaşasını təqdim edən heyətlə görüşüb.
Görüşdə UNEC-in Yaradıcılıq Mərkəzinin hazırladığı tamaşanın qardaş ölkədə yüksək rezonans doğurduğu vurğulanıb. Buna görə aktyor-tələbələrə, bütün yaradıcı heyətə təşəkkürünü bildirən rektor dahi mütəfəkkir şairimizin, eləcə də UNEC-in Türkiyədə tanıdılması baxımından bu layihənin yüksək əhəmiyyət daşıdığını söyləyib. Ədalət Muradov qeyd edib ki, bu tamaşa ilə UNEC-in tarixində yeni səhifə açıldı və bu qürurverici səhifə universitetin tarixi ilə bağlı kitabda mütləq yer alacaq.
Tələbələrlə iş üzrə prorektor Səadət Qəndilova, Yaradıcılıq Mərkəzinin rəhbəri Elman Cəfərov, tamaşanın rejissoru Vahid Orucoğlu səfər və uğurlu nümayişlə bağlı təəssüratlarını bölüşüblər. Bildirilib ki, tamaşa anşlaqla qarşılanıb, tələbələrin ifa bacarığı hər kəsi heyran edib. Məhz bu səbəbdən “UNEC Tələbə Teatrı” 2020-ci ilin aprelində yenidən Türkiyəyə, bu dəfə Qarabağ mövzusuna aid tamaşa ilə dəvət alıb.
Rektor Ədalət Muradov UNEC-in tələbə teatrının daha da inkişaf etməsi, tanınması üçün zəruri tədbirlərin görülməsini tapşırıb. Gündəm yaradan “Nəsimi” tamaşasının isə ölkəmizdə, bölgələrdə, ali məktəblərdə, eləcə də peşəkar teatrların səhnələrində təqdim olunmasını tövsiyə edib.
Rektor universitetin Yaradıcılıq Mərkəzinin qarşıdan gələn əlamətdar günlərlə bağlı yeni tamaşalar hazırlamasının vacib olduğunu deyib. 20 Yanvar faciəsinin 30-cu ildönümü və Xocalı soyqırımına həsr olunan tamaşaların səhnələşdirilməsi qərara alınıb.
Rektor bildirib ki, UNEC-in yeni inşa olunan və gələn ilin mayında istifadəyə verilməsi planlaşdırılan müasir tədris binasında tələbə teatrına yer ayrılacaq. Müzakirələr zamanı, həmçinin teatrın öz maddi-texniki bazasının yaradılmasının zəruriliyi vurğulanıb.
Daha sonra söz alan tələbə-aktyorlar onlara yaradılan şəraitə görə rektor Ədalət Muradova dərin minnətdarlıqlarını bildiriblər. Tələbələr yeni-yeni uğurlara imza atacaqlarına, “UNEC Tələbə Teatrı”nı ölkəmizdə, onun hüdudlarından kənarda daha yaxşı tanıdacaqlarına söz veriblər.
Sonda Ədalət Muradov görüş iştirakçılarına bir daha uğurlar, yeni-yeni nailiyyətlər arzulayıb, bunun reallaşması üçün hər cür dəstəyə hazır olduğunu qeyd edib.

UNEC-in Mətbuat Xidməti