“Yuxusuzluqdan gözlərim yanır” - Soylu

“Yuxusuzluqdan gözlərim yanır” - Soylu Türkiyənin daxili işlər naziri Süleyman Soylu televiziya kanallarının birində Türkiyə gündəmi ilə bağlı sualları cavablandırıb.
Nazir koronavirus pandemiyası səbəbindən 29 aprel - 17 may tarixlərini əhatə edən tam qapanma qərarının 19 mayadək davam edib-etməyəcəyi ilə bağlı suala belə cavab verib:
“Bundan əvvəlki qapanma dövründə də çox çətinliklərlə üz-üzə qaldıq. Bütün insanları evə qapadırsan, bu, normal iş deyil. Bütün bunlar sağlamlığımız, gələcək nəsillər üçündür. Yetər ki, bu müsibətdən xilas olaq.
İlk başladığımız gündən 19 mayla bağlı hər hansı qərarımız yoxdur. Yuxusuzluqdan gözlərim yanır. Nazirlikdə mən iclas keçirəndə, köməkçilərimiz valilərlə görüşür. Tədbirləri müzakirə edirik. 17 mayda qarşılaşacağımız rəqəmlərlə, Nazirlər Kabinetinin dəyərləndirmələri ilə addımlar atacağıq”.

Tehsil-press.az

Oxşar xəbərlər