Prezident və xanımı başsağlığı verdi

Prezident və xanımı başsağlığı verdi Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib.
Başsağlığıda deyilir:
"Hörmətli Vladimir Vladimiroviç.
Kazan məktəblərinin birində atışma nəticəsində uşaqların və yaşlıların həlak olması xəbəri məni dərindən sarsıdıb.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərər çəkənlərin hamısının tezliklə sağalmasını arzu edirəm".
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanova da eyni hadisə ilə bağlı başsağlığı məktubu göndəriblər.

Tehsil-press.az

Oxşar xəbərlər