Azərbaycan Jokey Klubu yaradılıb

Azərbaycan Jokey Klubu yaradılıb Azərbaycan Atçılıq Federasiyasının təşəbbüsü və təkliflərinə əsasən 27 Aprel 2021-ci il tarixdə Azərbaycan ərazisində cıdır yarışlarının təşkil olunması məqsədilə fəaliyyət göstərəcək yeni təşkilat – Azərbaycan Jokey Klubu Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.
“Atçılıq Haqqında” Azərbaycan Respublikasının qanunundan irəli gələn şərtlərə uyğun olaraq, respublika ərazisində atçılıq fəaliyyətinin yüksək səviyyədə təşkil olunması, atçılıqla peşəkar məşğul olan obyektlərin və fərdlərin rifahının yaxşılaşdırılması, beynəlxalq təcrübənin daha mükəmməl şəkildə tətbiq edilməsi məqsədilə yaradılan Azərbaycan Jokey Klubu MMC cari ildən etibarən fasiləsiz, mövsümi xarakter daşımayan şərtlərlə cıdır yarışlarının təşkil olunmasına başlayacaq.
Cıdır yarışlarına mükafatların təyin olunması və ödənilməsi AJK tərəfindən həyata keçiriləcək.

Tehsil-press.az


Oxşar xəbərlər