Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun anım günüdür.
Albert Aqarunov 1969-cu ildə Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. Çox erkən yaşlarından musiqilə maraqlanıb. Musiqi məktəbində nəfəs aləti sinfini bitirib.
Peşəkar tankçı olan Albert Qarabağ uğrunda gedən döyüşlərdə aktiv iştirak edib. O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib.
“Yəhudi buterbrodu” - bir mərmi ilə iki tank
Dostlarının iddiasına görə, düşmənin iki tankı bir-birinə yaxınlaşan zaman Aqarunov bir mərmi ilə iki tankı vurub. Buna görə bu metod döyüş yoldaşları tərəfindən “yəhudi buterbrodu” adını alıb.
Ermənilər onun başına 5 milyon rubl pul mükafatı qoymuşdular.
Şuşa uğrunda şəhid oldu
Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub.
Komandir Hacı Əzimovun sözlərinə görə, Aqarunov mövqeyini dəyişərkən öz tankının düz önündə qalmış şəhid əsgər yoldaşlarının cəsədini kənara çəkmək üçün hərbi maşından çıxır. Əvvəlcə tankı düzgün istiqamətə yönəltməsi üçün mexanikinə göstəriş verir. Daha sonra öldürülmüş şəhidlərə tərəf qaçır və cəsədləri kənara çəkən zaman erməni snayperinin gülləsinə tuş gəlir.
Həm molla, həm ravvin dua oxudu...
Albert Aqarunov torpağa tapşırılanda molla və ravvin eyni vaxtda dua oxuyub.
O, Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülüb.
Albert haqqında iki film
Albert haqda iki film çəkilib: 2010-cu ildə "Salnamə" sənədli filmlər studiyası “Dostuma məktub”, 2017-ci ildə isə "Yaşadığım torpaq" sənədli filmi.
Tehsil-press.az