UNEC-də informasiya texnologiyaları bilikləri üzrə yeni layihəyə start verilib

UNEC-də informasiya texnologiyaları bilikləri üzrə yeni layihəyə start verilib Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbə təşəbbüslərini dəstəkləmək, bu yöndə modern təcrübəni tətbiq etmək məqsədilə yeni layihəyə start verilib.
Layihə UNEC Karyera Mərkəzi və Rəqəmsal iqtisadiyyat fakültəsinin informasiya texnologiyaları ixtisası nəzdində fəaliyyət göstərən “UNEC Future Club” tərəfindən reallaşdırılır.
Layihə çərçivəsində informasiya texnologiyaları ixtisasında təhsil alan tələbələrə beynəlxalq informasiya texnologiyaları şirkətləri ilə kommunikasiya qurmaq və təcrübə mübadiləsi aparmaq imkanları yaradılacaq. Bu məqsədlə informasiya texnologiyaları ixtisası üzrə təhsil alan tələbələrlə bu sahə üzrə mütəxəssis Vüsal Dadalovun onlayn görüşü keçirilib.
Vebinarda “UNEC Future Club”un koordinatoru Murad Ələsgərli layihə barədə məlumat verib. Bildirib ki, layihənin ilkin mərhələsində tələbələrin informasiya texnologiyaları sahəsində uğurlu karyera quran, beynəlxalq şirkətlərdə çalışan şəxslərlə görüşləri keçiriləcək, növbəti mərhələlərdə isə beynəlxalq informasiya texnologiyaları şirkətləri ilə təcrübə mübadilələri təşkil olunacaq.
Sonra Vüsal Dadalov çalışdığı şirkətlərin və qurucusu olduğu beynəlxalq “İOMETE” şirkətinin iş təcrübəsi barədə məlumat verib.
Vebinarda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər