Mingəçevir Dövlət Universitetində UNEC ilə əməkdaşlıq çərçivəsində “Kompüter şəbəkələrinin əsasları” mövzusunda təlim keçirilib

Mingəçevir Dövlət Universitetində UNEC ilə əməkdaşlıq çərçivəsində “Kompüter şəbəkələrinin əsasları” mövzusunda təlim keçirilib 2021-ci ilin 18 mart tarixində Mingəçevir Dövlət Universiteti (MDU) ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlıq çərçivəsində MDU-nun tələbə və magistrantları üçün “Kompüter şəbəkələrinin əsasları” mövzusunda təlim keçirilib.
Təlimçi, UNEC-in İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) Mərkəzinin əməkdaşı Həsən İsmayılov “Multimedia xidmətləri”, “Audio, video, multimedia işinin təşkili və idarə olunması”, “Elektron dərsliklərin və video materialların hazırlanması”, “İnformasiya texnologiyaları üzrə proqramların peşəkar istifadəsi”, “Sistem və şəbəkə inzibatçılığı”, “Kompüter qrafikası və dizaynı”, “Proqramlaşdırma və kodlaşdırma”, “İnformasiya təhlükəsizliyi” və digər məsələlər haqqında ətraflı məlumat verib.
Sonra, məruzəçi təlim iştirakçılarının mövzu barədə çoxsaylı suallarını cavablandırıb.
Qeyd edək ki, sürətlə modernləşən MDU-da tələbə və müəllim kollektivinin bacarıqlarının artırılması məqsədilə ölkəmizin qabaqcıl ali təhsil müəssisələrindən olan UNEC ilə əməkdaşlığın inkişafına xüsusi diqqət yetirilir.

Tehsil-press.az


Oxşar xəbərlər