Yanvarın 9-da AMEA İnformasiya Texnologiyaları İnstitutu magistrantlarının qış imtahan sessiyasına start verilib. İnstitutun Tədris-İnnovasiya Mərkəzində elmi tədqiqatların əsasları fənnindən keçirilən imtahanda kompüter mühəndisliyi, kompüter elmləri və informasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasları üzrə təhsil alan 15 magistrant iştirak edib.
Qeyd edək ki, AMEA prezidenti, akademik Ramiz Mehdiyevin 2019-cu il 19 dekabr tarixli sərəncamına əsasən, magistrantların 2019-2020-ci tədris ili üzrə qış imtahan sessiyasının keçirilməsi üçün müvafiq ixtisaslar üzrə imtahan komissiyaları yaradılıb.
Növbəti imtahanlar yanvarın 15, 21, 24, 28 və 31-də keçiriləcək.
Tehsil-press.az