Dünyada koronavirusla bağlı son vəziyyət

Dünyada koronavirusla bağlı son vəziyyət Dünyada son bir gündə koronavirusa 515 mindən çox yoluxma qeydə alınıb.
Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 515 104 hal qeydə alınıb, COVID-19-dan 11 014 pasiyent ölüb. Beləliklə, dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 163 312 429, ölüm hallarının sayı 3 386 825 təşkil edir.
Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 32 623 220 nəfər virusa yoluxub. Siyahıda daha sonra Hindistan (25 228 996) və Braziliya (15 627 475) gəlir.

Tehsil-press.az



Oxşar xəbərlər