Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfər etdi. Bu səfər bir sıra mühüm məqamları, dünyaya verilən əhəmiyyətli mesajları özündə birləşdirdi. Prezident İlham Əliyevin hakimiyyətdə olduğu illər ərzində Naxçıvan Muxtar Respublikasına 15-ci səfəri idi. Dövlət başçısının bu səfərləri yerlərdə vəziyyətlə tanışlıq məqsədi daşımamış, səfərlərin hər biri taleyüklü problemlərin həllinə yönəlmişdir. Eyni zamanda regionda maraqlı qüvvələrə xüsusi mesajlar verilmişdir.
Danılmaz faktdır ki, Naxçıvan Muxtar Respublikası son 20 il ərzində yüksək templə iqtisadi inkişafa nail olmuşdur. Belə ki, ümumi daxili məhsul 10 dəfədən çox artmış, kənd təsərrüfatı ilə bağlı nəticəyönümlü işlər görülmüşdür. Süni Mayalanma Mərkəzinin açılışı nəticəsində yaxın 4-5 ildən sonra Naxçıvanda südçülük sahəsində tamamlanmış olacaq bütün işlər, digər əsas ərzaq məhsulları kimi gələcəkdə südə olan tələbatın da ödəniləcəyinə əminlik yaradır.
Naxçıvan Muxtar Respublikasının infrastruktur layihələri getdikcə geniş vüsət alır. Ordubad şəhərində içməli su və kanalizasiya layihəsinin istifadəyə verilməsi, qazlaşdırmanın və elektrik enerjisi ilə təchizat səviyyəsinin artıq 100 faizə çatdırılması deyilənlərə bariz sübutdur. O da qeyd olunmalıdır ki, vaxtilə Naxçıvanda enerji yox idi. Azərbaycandan gələn xətlər də Ermənistan tərəfindən kəsilmişdi. Hal-hazırda yaradılan çox böyük enerji potensialı sayəsində Naxçıvanın özünü elektrik enerjisi ilə tam təmin etməsi çox önəmli məsələlərdəndir.
Məlumdur ki, “ASAN” və “DOST” mərkəzləri ictimai xidmətlərin səviyyəsinin artırılmasında əhəmiyyətli rol oynayır. Bu baxımdan Naxçıvanda da “ASAN xidmət” Mərkəzinin tikintisi vətəndaş məmnunluğu göstəricilərinin artmasına xidmət edəcəkdir.
Naxçıvan həm də böyük turizm potensialına malikdir. Naxçıvanda yeni uçuş-enmə zolağının açılışı turizmin inkişafına zəmin yaradır.
Ən önəmli hadisələrdən biri də Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin olunması işinin təşkilində böyük əhəmiyyətə malik olan hərbi aerodromun və hərbi hospitalın açılışıdır. Naxçıvanın təhlükəsizliyinin təmin edilməsində, hərbçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılmasında bu obyektlər böyük rol oynayır. Hərbçilərin xidmət şəraiti yaxşılaşır, yeni hərbi hissələr tikilir. Çarpayıların sayına görə Mərkəzi Xəstəxanadan da böyük olan Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı da əlamətdar hadisədir.
Naxçıvan Muxtar Respublikasında yaradılmış Ümumqoşun Əlahiddə Ordu Ermənistanın “ikinci cəbhə” açmaq həvəsini içindəcə boğmağa məcbur etdi. Ordu tam NATO (türk ordusu) standarlarına keçmiş xüsusi statuslu hərbi vahiddir. Naxçıvan Muxtar Respublikasının həm respublikanın hüdudlarının müdafiə edilməsində, həm də ölkəmizin ordu potensialının gücləndirilməsində çox böyük rolu vardır.
İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri fəal iştirak etmiş, böyük fədakarlıq göstərərək şəhidlər vermişlər. Günnüt əməliyyatı Naxçıvan Ordusunun əsl potensialını daha qabarıq göstərdi. Ordu ən müasir silah və texnika ilə təchiz edilmişdir. Naxçıvana ən müasir, ən son texnologiyaya əsaslanmış texnika gətirilir. Naxçıvan ordusunda olan hərbi texnika bəlkə də bəzi qabaqcıl ölkələrdə olan texnikadan üstündür. Bütövlükdə Azərbaycan Ordusuna xaricdən gətirilmiş texnikaların böyük əksəriyyətinin nümunələri Naxçıvan Muxtar Respublikasında mövcuddur.
Ölkə başçısı Azərbaycan Televiziyasına müsahibəsində Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidinin olmadığını, Dağlıq Qarabağ münaqişəsinin artıq öz həllini tapdığını, Azərbaycanın bu münaqişəni öncə döyüş meydanında, ondan sonra masa arxasında təkbaşına həll etdiyini, döyüş meydanında qazanılmış parlaq Qələbənin düşməni təslim olmağa və kapitulyasiya aktını imzalamağa məcbur etməsini diqqətə çatdırdı.
Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizinin açılması da strateji və prioritet məsələlərdəndir. Ölkə başçısı bildirdi ki, Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir və bu dəhliz mütləq açılacaqdır. Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək. Bəli, görülən işlər Azərbaycanın öz üzərinə düşən vəzifələrini icra etməsindən, Bəyanatın bütün bəndlərinin ardıcıl və düzgün yerinə yetirilməsində maraqlı olmasından xəbər verir. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaqdır.
Daha bir mühüm məsələ isə müəyyən dövlətlərin ölkəmizin milli maraqlarına qarışmasıdır. Prezident İlham Əliyev Kanada və Fransanın Azərbaycanın daxili işlərinə qarışdığını bildirərək, hər iki ölkənin siyasətini sərt tənqid etdi. Məlumdur ki, Azərbaycan və Kanada arasında sıx əlaqələr olmasa da, Fransanın bir çox sahəsi ilə əlaqəsi olub. Hal-hazırda Fransa prezidenti Emmanual Makronun yanlış siyasəti, birtərəfli qaydada Ermənistanı dəstəkləməsi Fransa-Azərbaycan münasibətlərində gərginlik yaratdı. Prezident İlham Əliyev Dağlıq Qarabağa heç bir statusun verilməyəcəyini, Azərbaycanın öz mövqeyindən geri çəkilməyəcəyini bir daha qətiyyətlə bildirərərək, həmsədr dövlətlərə bu barədə mesajını Naxçıvandan elan etmiş oldu.
Prezident İlham Əliyev müsahibə verərkən bütün istiqamətlər üzrə əldə olunan uğurların təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu haqlı olaraq bildirdi. Bu dahi insan Azərbaycan hüdudları çərçivəsində, dünya miqyasında böyük hörmət qazanmış və müstəsna xidmətləri olmuş şəxsiyyətdir. O, həyatda nə əldə edibsə öz biliyi, bacarığı, zəkası və fədakarlığı nəticəsində əldə edib və bütün dövrlərdə xalqımıza ləyaqətlə xidmət edib. Məhz onun rəhbərliyi ilə Azərbaycan 1970-ci illərdə ayağa qalxdı, ən geridə qalmış müttəfiq sovet respublikasından ən qabaqcıl respublikaya çevrildi. Onun rəhbərliyi ilə Naxçıvanda naxçıvanlılar erməni işğalının qarşısıını ala bildilər. Halbuki Naxçıvan Muxtar Respublikası Azərbaycanın əsas hissəsi ilə əlaqəni itirmişdi. Ermənilər Naxçıvanı blokadaya almışdılar. Belə bir vəziyyətdə Naxçıvanı qorumaq, müdafiə etmək və düşməni yerinə oturtmaq ulu öndərin müstəsna xidmətlərindən biridir. 1993-cü ildə ölkəmiz demək olar ki, parçalanmışdı. Vətəndaş müharibəsi gedirdi və məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində biz bu ağır sınaqdan üzüağ çıxa bildik. Əslində, bugünkü Qələbənin bünövrəsi məhz həmin illərdə qoyulmuşdur. Ulu Öndər Heydər Əliyevin irsi tarixboyu tədqiq olunmalıdır. Çünki Heydər Əliyev siyasəti Azərbaycanın xoşbəxt gələcəyinin təminatçısıdır.

Nəzakət Əsgərova,
Humanitar Fənlər təmayüllü məktəb-liseyin direktoru.