Tural Gəncəliyev: “Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərə qayıdıb, yaşayacağıq”
“Xankəndinin mərkəzi küçəsinə ümummilli lider Heydər Əliyevin adı verilməlidir”
"Xankəndidəki ermənilərə artıq bir nəfəs qədər yaxınıq"
122 saylı Xankəndi seçki dairəsinin deputatı, “Qarabağa dönüş” İctimai Birliyinin sədri Tural Gəncəliyevin müsahibəsini təqdim edirik:
- Tural bəy, Şuşadakı “Xarıbülbül” musiqi festivalından yenicə qayıtmışınız. Təəssüratlarınızı bilmək istərdik?
- Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən festival çox yüksək səviyyədə təşkil olunmuşdu. Mən də bu möhtəşəm festivalın iştirakçılarından biri oldum. Doğrusu, bir şuşalı kimi orda keçirdiyim hisləri ifadə etmək çox çətindir. Torpaqlarımızın işğaldan azad olunmasından az sonra Şuşada belə möhtəşəm festivalın keçirilməsi təqdirəlayiq haldır. Bu festivalın özünəməxsusluğu onda idi ki, Şuşanın gözəl təbiətində, ölkəmizdə yaşayan azsaylı xalqların folklor nümayəndələri öz musiqi nümunələrini təqdim etdilər.
May ayı Şuşada ən gözəl aydır. Festivalın vaxtı da təsadüfi seçilməmişdi. May ayında Cıdır düzününün hər tərəfində Xarıbülbül açır. Şuşaya gedərkən qəlbimiz fərəh hissi ilə dolub-daşırdı. Bütün bunlarla yanaşı, yolboyu 30 ilə yaxın işğal altında qalmış yaşayş məntəqələrmizin ermənilər tərəfindən talan edilməsini görmək insanda kədər hisslər yaradırdı. Əminliklə deyə bilərəm ki, erməni işğalçıları bilirdilər ki, o torpaqlar onların deyil. Ona görə də bütün evləri talan ediblər. Müəyyən yerlərdə Sovet dövründə tikilən, tarixi əhəmiyyəti olmayan, sadəcə insanların məskunlaşması üçün nəzərdə tutulan binalar gözə dəyirdi. Tarixi binalar, abidələr hamısı dağıdılıb. İzlərimizi silmək üçün hətta “Gövhər ağa” məscidini müxtəlif ölkələrin şirkətləri tərəfindən “bərpa etdiriblər” və başqa xalqın məscidi kimi təqdim olunub. Həmçinin, başqa millətlərin kilsələrini də mənimsəməyə çalışıblar. Rus kilsəsi, Qazançı kilsəsi ermənilər tərəfindən özünkiləşdirilmişdi. Amma bunlar artıq arxada qaldı. İndi Şuşaya yeni nəfəs gəlib. Şəhər yenidən qurulur. Yollar, tarixi abidələr bərpa edilir. Əminəm ki, qısa zaman sonra hamımız gözəl, əsrarəngiz Şuşa görəcəyik. Şuşa mədəniyyət paytaxtımız elan olunub. Hesab edirəm ki, mədəniyyət paytaxtımız dünyanın ən gözəl şəhərlərindən biri olacaq. Şuşada təkcə “Xarıbülbül” festivalı deyil, müxtəlif möhtəşəm mədəni və idman tədbirlərinə şahidlik edəcəyik.
- Şuşada ilk haranı ziyarət etdiniz?
- “Xarıbülbül” musiqi festivalının proqramına uyğun olaraq, birinci biz festivalın keçirildiyi Cıdır düzünə getdik. Tədbir bitdikdən sonra arzusunda olduğumuz, 29 ildir görə bilmədiyimiz məscidləri, tarixi abidələri, dədə-baba evlərimizi ziyarət etdik.
Təəssüf ki, oxuduğum musiqi məktəbi artıq mövcud deyil. Partası arxasında əyləşdiyim orta məktəbi ermənilər tamamilə dəyişiblər. Bizim izlərimizi silməyə çalışıblar. Mənim özümün yaşadığım bina evi müharibə zamanı da ermənilər tərəfindən dağıntıya məruz qalmışdı. Bina evi olduğuna görə, istismar müddətini başa vurub, tamamilə sökülüb. Bizim evlərimiz dövlətimiz tərəfindən ən yüksək səviyyədə yenidən bərpa olunacaq.
- Şuşada ilk layihələrdən biri də məktəblərin tikintisidir. İnşaatı davam edən məktəblərə baxdınızmı?
- Bəli, məktəblərin tikintisi davam edir. Cənab prezident tərəfindən əsası qoyulmuş, Şuşada inşa olunacaq möhtəşəm məscidin bünövrə qoyulan yerə də baş çəkdim. Çox möhtəşəm layihələrdir və hiss olunur ki, bütün bu layihələr qısa zaman və yüksək kefiyyətlə icra olunur. Bu günlərin şahidi olduğuma görə qürur hissi keçirirəm.
- Şuşadakı erməni vandalizminin şahidi oldunuz. Bəs təmsil olunduğunuz beynəlxalq qurumlar bunu necə qiymətləndirir?
- Mən Avropa Şurasında, ATƏT-də Azərbaycan Parlamentinin nümayəndəsi kimi daim bu dağıntılar barədə bütün beynəlxalq təşkilatlara məlumatlar çatdırıram. Bütün beynəlxalaq ictimaiyyət buna diqqət yetirməlidir. 30 ildir ki, bu dağıntılardan söhbət açmayan, bəzi beynəlxalq təşkilatların nümayəndələri məsələn, Fransanın bəzi qurumları indi Azərbaycana qarşı xırda detalları arqument gətirməklə qarayaxma kampaniyası aparmağa çəhd göstərir. Biz bu dağıdlmış abidələri dünyanın gözü qarşısında bərpa edirik. Cənab prezident Molla Pənah Vaqifin məqbərəsini bərpa etmək haqqında göstəriş verib. Ermənilərin öz adlarına çıxardığı kilsələr də öz keçmiş simasına qaytyarılır. Ona görə də Fransa kimi ölkələr tarixi faktları bilmədən bizə qarşı qarayaxma kampaniyası aparmaqla bir növ özlərinin imcinə zərbə vururlar. Ümumiyyətlə, Azərbaycan ərazisində hər bir bina, hər bir abidə Azərbaycan xalqının mirasıdır. Necə ki Fransada, dünyanın müxtəlif ölkələrində belədir. Ona görə, Fransa ictimaiyyətinin, bəzi beynəlxalq qurumlarının belə məsələlərə yanaşması absurddur, gülüncdür.
- Uzun illər, diplomat kimi fəaliyyət göstərmisiniz. Bəs bəzi dövlətlərin və bir sıra beynəlxalq təşkilatların təzadlı siyasətinin səbəbi nədir?
- Təəssüf ki, beynəlxalq hüququn və ədalətin ikili standartlarının şahidi oluruq. Məsələn, dünyanın ən böyük Təhlükəsizlik Şurası hesab edilən BMT-nin müvafiq qurumu 4 qətnamə qəbul etmişdi. Biz neçə il dünyaya car çəkirdik ki, bu beynəlxalq təşkilat öz üzərinə düşən vəzifəni yerinə yetirsin. Sonda Azərbaycan Respublikası öz torpaqlarını işğaldan azad etməklə sözügedən beynəlxalq təşkilatı da düşdüyü pis vəziyyətdən xilas etdi. Biz BMT-nin imicini xilas etdik. Çox gülünc bir vəziyyət yaranmışdı ki, dünyanın bir nömrəli təşkilatı qətnamə qəbul edir, amma öz qətnamələrin yerinə yetirə bilmir. Eyni zamanda AZərbaycanın bu addımı beynəlxalq hüquqa da üstünlük gətirdi, artıq dünya cəngəllik qanunları ilə idarə olunmamalıdır. Cəngəllik qanunları orta əsrlərdə qaldı. Kim istədi başqasının ərazisini ələ keçirirdi. 21-ci əsrdə belə olmalı deyil. Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü yerinə yetirdi. Digər ölkələrin belə ikili standartlarla məsələlərə yanaşmasının səbəbi erməni lobbisinin güclü olmasıdır. Erməni diasporu bəzən təəssüf ki, xristian kartından istifadə edir.
- Fransa prezidentinin erməni dilindəki bəyanatından sonra təkliflər oldu ki, bu ölkədəki səfirimiz geri çağırılsın. Sizcə, Azərbaycanın əleyhinə olan ölkələrə qarşı belə addımlara ehtiyac var?
- Ölkəmizin prezidenti istər müharibə dövrü olsun, istərsə də müharibədən sonra, Azərbaycana qarşı fəaliyyət göstərən dövlətlərin əsl simasını dünyaya göstərdi. Dövlətimizin başçısı, diplomatlarımız məsələyə konstruktiv mövqedən, soyuqqanlı yanaşırlar. Fransa böyük ölkədir, Avropa Şurasının üzvlərindən biridir. Bizim diplomatlarımız da yeri gələndə Kanadanın, Fransanın cavabını lazımi şəkildə verirlər və onların ədalətsiz olduğunu onlara göstərirlər.
Hesab edirəm ki, Azərbaycanın düzgün siyasətinin nəticəsidir ki, 44 gün ərzində biz təkcə Ermənistanla yox, dünya erməniçiliyi ilə mübarizə apardıq. Onları neytrallaşdırmaq lazımdır. Cənab prezidentimizin BBC və başqa kanalların jurnalistlərinə verdiyi müsahibələri xatırlasaq, bütün ittihamlara əsaslı və layiqli cavabların verildiyinin şahidi olarıq. Bütün bunlara rəğmən, biz belə ölkələrlə ehtiyatlı davranmalıyıq.
Bir daha qeyd edirəm ki, bizə dost olan və ya olmayan ölkələrin simasını 44 günlük müharibə dövrün də gördük. Türkiyə tarix boyu həm dost, həm də siyasi cəhətdən bizə dəstək verib və müharibədə də əsas dəstəkçimiz olub. Bu sıraya həmçinin Pakistan, İsrail də daxildir. Ədalətli mövqe sərgilədilər. Biz dünya ictimaiyyətinə söyləmirik ki, gəlib kömək etsinlər və yanımızda olsunlar. Beynəlxalq hüququn yanında olsunlar, yetər. Məsələn, İtaliya Avropa İttifaqının üzvü kimi həm öz obyektiv mövqeyini ortaya qoydu, həm də münaqişəyə tarazdırılmış şəkildə yanaşdı. Dost ölkələr müharibədən sonra bizimlə əməkdaşlıq edirlər. Qarabağda əməkdaşlıq baxımından onlar üçün də çox gözəl şərait yaradılır. Ərazilərimizin bərpasında döst ölkələr öz töhfələrini verirlər.
Düşmənlərimiz isə təəssüf ki, öz məkirli siyasətlərindən əl çəkmirlər. Azərbaycanın elə ölkələrə qarşı heç bir qərəzli siyasəti olmayıb. Dünya erməniçiliyinin təsiri altında bəzi ölkələr Azərbaycana qarşı səhv qərarlar qəbul edirlər. Makronun simasında, Avropada təcrübəsiz, liderlik qabiliyyəti olmayan bir neçə ölkə başçısı və siyasətçilər dövlət rəhbərliyinə gəlirlər, Azərbaycan və Türkiyə kimi ölkələrə qarşı siyasət həyata keçirirlər.
- Müharibədən sonrakı müharibə mövzusuna toxunaq. Hərbi əməliyyatlar Zəfərlə bitsə də, informasiya və diplomatik sahədə müharibə davam edir. Postmünaqişə dövründə bu sahələrdə fəaliyyətimizi necə qurmalıyıq?
- Müharibə bitib, amma informasiya müharibəsi heç vaxt bitmir. Bizə qarşı qarayaxma kampaniyaları davam edir. Xüsusən biz buna qarşı xalq olaraq hazır olmalıyıq. Həm ölkə daxilində xalqımızın birliyinin təmin olunması, həm də xaricdə bizə qarşı olan qüvvələrin cavablarını verməliyik. Mən öz həmkarlarımla birlikdə qarşımıza qoyulan məsələlərdə birlikdə işləyirik. Ermənistan bütün dövrlərdə ölduğu kimi reallqdan üzaq bəyanatlar səsləndirir. Məsələn, onların rəhbər şəxsləri bildirirlər ki, beynəlxalq sərhədlər öz movcudluğunu itirib. Çox absurd və cəfəng fikirlərdir. Beynəlxalq sərhədlər bərpa olunmalıdır, ona görə də, Azərbaycan Respublikası öz sərhədlərinin delimitasiya və demarkasiyasına başlayıb. Bu proses tamamlanacaq. Ermənilər isə sanki 30 il ərzində fikirləşirdilər ki, onlar Qarabağ və ətraf rayonlarını tutublarsa, məsələ bitib.
- Xankəndidə azərbaycanlılarla ermənilərin birgə yaşayışı mümkündürmü? Bir qarabağlı kimi ermənilərlə birlikdə yaşayarsınızmı?
- Azərbaycan dövləti olaraq, bizim üstünlüyümüz bundadır ki, bir etnik qrupdan ibarət olan yox, çox etnik qupa malik olan xalqların birgə yaşadığı bir ölkəyik. Azərbaycan dünyaya yeni bir model təqdim edir. Tarixən xalqımız çox tolerant olub. Erməniləri Cənubu Qafqaza 19-cu əsrdən etibarən köçürməyə başlayıblar. Biz də onlara şərait yaratmışıq ki, əzəli torpaqlarımızda məskunlaşsınlar. Təəssüflər olsun ki, onlar bizim bu tolerantlığımızdan istifadə edərək, bizə qarşı müharibəyə başladılar. Ancaq artıq dediyimiz kimi, indi vəziyyət başqadır, Azərbaycanın güclü ordusu var. Ordumuz düşmənə layiqli cavab verir. Bizim ərazilərdə yaşayan ermənilər Azərbaycan vətəndaşı sayılırlar, bizim qayda-qanunlara əməl etməlidirlər. Kim istəməsə, başqa ölkələrdə yaşayan erməni qardaşlarının yanına gedə bilər. İstəsələr Azərbaycan Respublikasının ərazisində yaşayıb, öz həyatlarına davam edə də bilərlər, ancaq əsas şərt bundan ibarətdir ki, Azərbaycan vətəndaşı olaraq bizim qanunlara tabe olmalıdırlar. Gələcəkdə Azərbaycan əleyhinə fəaliyyət göstərərlərsə, təbii ki, Azərbaycan qanunları ilə cəzalandırılmalı olacaqlar.
- Tural bəy, Qarabağda azərbaycanlılar uzun illər ermənilərlə birlikdə yaşayıb. Siz də Şuşada yaşamısınız. Onların xislətini bilirsiniz. Siz düşünmürsünm ki, onlar qanunlarımızı qəbul etmiş kimi görünüb, sonradan daha böyük təxribatlara yol açacaqlar?
- Biz tarix boyu ermənilərin məkirli xislətinin, xəyanətinin şahidi olmuşuq. Qarabağda da şahidi olduq. Ancaq biz artıq bilirik, onlar kimdir. Xalq və ölkə olaraq, ayrı zamandayıq. Artıq bizə qarşı zərbə vurmaq mümkün deyil. Ya çıxıb gedəcəklər ya da ki, Azərbaycan qanunlarına tabe olub qalıb yaşayacaqlar.
- Cıdır düzü yüksəklikdədir, oradan baxanda ermənilərin yaşadığı Xankəndi şəhəri də görünür. Şuşadan, zirvədən ermənilərə baxdınızmı?
- Əlbəttə, Cıdır düzündən Xankəndi aydın görünürdü. Xüsusi aparatlardan, cihazlardan istifadə etmədən küçədə gəzən insanları, şütüyən maşınları aydın seçmək olurdu. Ona görə, biz onlara artıq bir nəfəs qədər yaxınıq. Mən də təsadüfi deməmişdim ki, Xankəndində ofis açmağımız da, qayıtmağımız da çox uzaq deyil.
10 noyabr sazişinə görə? bütün azərbaycanlı məcburi köçkünlər hər bir şəhərə, qəsəbəyə qayıdacaq. Qısa bir zaman lazımdır ki, müəyyən məsələlər öz həllini tapsın, biz artıq rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərə qayıdıb, yaşayacağıq. Təbii ki, orda yaşayışımız təmin etdikdən sonra gələcəkdə hansısa sülhməramlının fəaliyyətinə də ehtiyac yoxdur.
- Ofisiniz Xankəndinin küçələrinin hansında olacaq?
- Şəhərin mərkəzində keçmiş Azərbaycan SSRİ inzibati strukturlarının yerləşdiyi binaların birində ofis aça bilərik. Xankəndi Azərbaycanın ən gözəl şəhərlərindən biridir. Xankəndi şəhərinin mərkəzi küçələrinin birində ofisimizin olması bizim ictimai, siyasi aktiv həyatımıza da müsbət təsir edəcək. Yenə də bildirirəm ki, ofisimiz yalnız və yalnız mərkəzi küçələrin birində ola bilər.
- Bəlkə elə indi təklif edəsiniz, həmin mərkəzi küçəyə hansı ad verilə bilər?
- Xankəndinin mərkəzi küçəsinə, əsas prospektə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı verilməlidir. Mərkəzdə yerləşən paralel küçələrə Qarabağ xanlığının banilərinin, Qarabağda yaşamış ədiblərimizin, tarixi şəxsiyyətlərimizin adlarının verilməsi daha doğru olardı.
- Adətən, Şuşaya gedənlər yaxınları üçün Şuşanı xatırladan xüsusi bir hədiyyə gətirirlər. Bəs siz ailəniz, yaxınlarınız üçün nə gətirdiniz?
- Mən doğrusu, bunu ailəmlə müzakirə edəndə, onlar mənə dedilər ki, biz artıq Şuşadan hər hansısa suvenir, torpaq istəmirik. Çünki qısa bir müddət sonra biz ora yenidən qayıdacağıq. Adətən o yerdən suvenir gətirirsiniz ki, dünyanın ən ucqar şəhərinə gedirsiniz və ikinci, üçüncü dəfə getmək ehtimalınız azdır. Biz Şuşada daim olacağıq, ona görə, xatirələrimizi elə orada yaşasaq? yaxşı olar.
- Seçicilərinizin qayıdışla bağlı hansı xüsusi istəkləri var?
- Müraciətlər demək olar, hər gün olur. Kimi yaşlıdır, xəstədir, istəyir ki, dünyadan köçmədən o torpaqları gözüdolusu görsün. Məsələn, mənə bir şuşalı yaxınlaşıb, “Şuşa” futbol klubu yaratmağı arzu etdiyini deyib. Hətta orada aşıq, musiqi dərnəklərinin, digər idman klublarının yaradılmasını arzulayanlar var. Şuşa həmçinin turizm məkanıdır, burda yayda açıq havada konsertlər, qışda isə qış idman növləri üçün gözəl imkanlar var. Belə istəklər çoxdur, əsas təhlükəsizlik işləri həll olunsun, digər amillərin həyata keçməsi zamanla həll olunan məsələlərdəndir.
- Şuşada təhsil mühitini yenidən bərpa etmək mümkün olacaqmı?
- Təbii ki, Şuşadakı təhsil mühitini yenidən bərpa etmək vacib məsələlərdəndir. Cənab prezident artıq böyük bir məktəb binasının təməlini qoydu. “Şuşa Realnı” məktəbinin binası təmir olunacaq. Azərbaycanın mütəfəkkirlərinin siyahısına baxdıqda biz görərik ki, Şuşada nə qədər bəstəkarımız, şairimiz ədibimiz yetişib. Əminəm ki, Şuşada yeni dühalar, yeni şəxsiyyətlər yetişəcək.
- “Qarabağa dönüş” İctimai Birliyinin gələcək planları nədən ibarətdir?
- Hələ ki bizim əsas niyyətimiz yeni təşkilatın fəaliyyətini aktivləşdirməkdir. İctimai birliyin strukturu hələ ki müzakirə mövzudur, detallar dəqiqləşdirilir. Məncə, bu məsələləri daha ətraflı Qarabağa köçəndə, orda fəaliyyət göstərəndə müəyyənləşdirə biləcəyik ki, biz neçə nəfər əməkdaşla davam edəcəyik, hansı güc sturukturu olacaq, ofis binamız necə olacaq və s.
- Şuşadakı görüləcək işlər haqqında Şuşanın İcra Hakimiyyəti ilə məsləhətləşirsinizmi? Bu baxımdan icra başçısı Bayram Səfərovla əlaqələriniz necədir?
- Biz təkcə Şuşa İcra Hakimyyəti ilə yox, bütün qurumlarla, incəsənət adamları ilə müzakirlər aparırırıq. Ləyaqətli şəkildə nəzərdə tutduğumuz qaydışa hazırlaşırıq.
- Parlamentdəki fəaliyyətiniz həm də beynəlxalq təmsilçiliyi əhatə edir. Bu dönəmdə Qarabağla bağlı hansı məsələləri qaldıracaqsınız?
- Müharibə dövründə də, müharibədən sonra da Qarabağla bağlı məsələləri qaldırırdıq, indi də qaldırırıq. Bəzi məsələlər üzərində çalışırıq. Qarabağa dönüş, Qarabağın infrastukturu, təşkilatımızın gələcək hədəfləri barədə müzakirələr aparırıq. Beynəlxalq təşkilatlar ilə işlərimizi gücləndirəcəyik. Həmçinin, Azərbaycan-Kanada Parlamentlərarası dostluq qrupunun rəhbəri kimi Kanadada Qarabağ məsələsi ilə bağlı aydın təsəvvürün yaranmasına çalşacam.
- Tural bəy, Şuşada prezidentin xüsusi nümayəndəsi bütün proseslərə nəzarət edir. Bu institutun yaradılması idarəçilik qolunda dəyişikliklərin labüdlüyünü bir daha gündəmə gətirdi. Hətta icra hakimiyyətlərinin ləğvi, yerli idarəetmədə yeni yanaşmanın tətbiqini təklif edənlər də çoxdur. Sizcə, icra hakimiyyətləri xüsusi nümayəndəlik təsisatı ilə əvəz edilə bilərmi?
- İşğaldan azad edilmiş torpaqlarımızda effektli idarəçiliyin nəticəsində görülən işlər ortadır. Şuşada qısa zamanda belə bir festivalın yüksək səviyyədə keçirilməsindən görünür ki, bütün işlər öz səmərəsini verir. Bir Azərbaycan vətəndaşı kimi istəyirəm ki, yaşayış məntəqlərimizin qurulması tezliklə başa çatsın. Dünya ölkəmizin bölgənin ən güclü, dinamik ölkəsi olduğunu görsün.
- Avropa Şurası Parlament Assambleyasının plenar iclası keçirildi. Bu müzakirələrdə Azərbaycanla bağlı hansı önəmli detallar qeyd edildi?
- AŞPA-nın iclasına onlayn olaraq qoşuldum. Təbii ki, ermənilər burda qarayaxma kampaniyasını davam etdirməyə cəhd göstərdilər. Amma onların məkirli yalanlarını üzə çıxardıq. Ora elə bir platformadır ki, sizin arqumetli çıxışlarınız onların fikirlərinə təsir edə bilir. Hərə öz işini vicdanla görsə, hər şey yaxşı olacaq.
Aysel Aslan
Aysel Məhərrəm