Rusiya hər zaman Mərkəzi Avropa ölkələrində öz nüfuzunu artırmağa çalışacaq və onlar üçün real təhlükə yaradacaq.
Bunu Çexiyanın Konstitusiya Məhkəməsinin sədri Pavel Rıxetski deyib.
Rıxetskinin sözlərinə görə, Rusiya Mərkəzi Avropanın sosialist ölkələrinə nəzarət etdiyi keçmişindən heç vaxt imtina etməyəcək:
"Rusiya burada öz nüfuzunu genişləndirməyə çalışacaq və Mərkəzi Avropa ölkələri üçün real təhlükə yaradacaq. O, bu niyyətlərini suveren ölkəmizin ərazisində dövlət agentləri vasitəsilə də həyata keçirir".
O, həmçinin ifadə edib ki, Çexiyanın bəzi yüksək vəzifəli siyasətçilərinin Vrbetisdəki anbarlarda baş verən partlayışlar barədə bir yox, bir neçə versiyası mövcuddur.
Rıxetskinin fikrincə, Rusiya xüsusi xidmət orqanlarının agentlərinin partlayışların təşkilində iştirakı aydın məsələdir.
Tehsil-press.az