Rusiya və İran ödənişlərdə dollardan imtina etdilər

Rusiya və İran ödənişlərdə dollardan imtina etdilər Moskva və Tehran qarşılıqlı ödənişlərdə daha dollardan istifadə etməyəcək.
Bunu Rusiyanın İrandakı səfiri Levan Caqaryan deyib.
O qeyd edib ki, İranla Rusiya ödənişləri milli valyutalarda yaxud avroda etməyə çalışacaq.
“Əslində iranlılarla qarşılıqlı ödənişlərdə dollardan imtina etmişik. Rusiya rublu və İran rialına, xüsusi ehtiyac yarandıqda isə avroya əsaslanacağıq”, - deyə diplomat vurğulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər