İtaliyada funikulyor qəzası baş verib, ölənlər var

İtaliyada funikulyor qəzası baş verib, ölənlər var İtaliyanın Pyemont bölgəsində baş verən funikulyor qəzasında ən azı 9 nəfər ölüb.
Vəziyyəti ağır olan iki uşaq Turin xəstəxanasına aparılıb.
Məlumata görə, hadisə ölkənin şimalında, Pyemont əyalətində baş verib. Qeyd edilir ki, insident Streza yaşayış məntəqəsini Laqo Macore gölünün sahili və Monterone dağı ilə birləşdirən kanat yolunda, 1,5 km hündürlükdə qeydə alınıb.
Yerli medianın verdiyi məlumata görə, hadisə zamanı vaqonda 11 turist olub.

Tehsil-press.az


Oxşar xəbərlər