Ağır yol qəzası: ölənlər var

Ağır yol qəzası: ölənlər var Şəmkirdə 2 nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Hadisə Şəmkir – Şiştəpə avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan “VAZ 21099” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Avtomobildə olan iki sərnişin hadisə yerində ölüb, sürücü isə müxtəlif bədən xəsarətləri ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.


Tehsil-press.az

Oxşar xəbərlər