Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Maliyyə və mühasibat fakültəsi və “SABAH” Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti-103” mövzusunda onlayn tədbir keçirilib.
“SABAH” Mərkəzinin müəllimi, politoloq Şəbnəm Həsənova Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, fəaliyyəti, süqutu, qurucuları, tarixi əhəmiyyətindən bəhs edib və onun dövlətçilik tariximizə şanlı bir səhifə kimi həkk olunduğunu vurğulayıb.
“SABAH” Mərkəzinin rəhbəri dosent Aida Quliyeva, Maliyyə və mühasibat fakültəsinin dekan müavini dosent Azər Qarayev çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin şanlı tariximizdəki yeri və rolundan, dövlət və ordu quruculuğu, təhsil və mədəniyyətin inkişafı sahəsində həyata keçirdiyi tədbirlərdən danışıblar və həmin dövrdə atılan addımların Azərbaycan xalqının milli özünüdərkinə mühüm töhfələr verdiyini qeyd ediblər.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Tehsil-press.az