Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin və Azərbaycan dili kafedrasının birgə təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi qeyd edilib.
Dekan müavini, dosent Anar Hüseynov tədbirin Azərbaycan Respublikası Prezidentinin İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamının icrasından irəli gələn vəzifələr çərçivəsində təşkil olunduğunu bildirib.
Azərbaycan dili kafedrasının müdiri, professor Tofiq Əbdülhəsənli görkəmli yazıçının həyat və yaradıcılığından söz açıb, ədibin məşhur “Dəli Kür” romanını mühüm ədəbi-mədəni hadisə kimi qiymətləndirib.
Kafedranın professoru Maarifə Hacıyeva Xalq yazıçısı İsmayıl Şıxlını bir pedaqoq kimi xarakterizə edərək, tələbəlik illərində ondan dərs aldığını bildirib, istedadlı yazıçı ilə bağlı xatirələrini bölüşüb.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Aytən Rüstəmzadə görkəmli yazıçının əsərlərindən, Azərbaycan ədəbiyyatında xüsusi xidmətlərindən söz açıb.
Tədbir bədii hissə ilə davam edib.

UNEC-in Mətbuat Xidməti