UNEC-in “SABAH” mərkəzinin rəhbəri beynəlxalq konfransın elmi komitəsinin üzvü seçilib

UNEC-in “SABAH” mərkəzinin rəhbəri beynəlxalq konfransın elmi komitəsinin üzvü seçilib Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “SABAH” mərkəzinin rəhbəri, dosent Aida Quliyeva beynəlxalq konfransın elmi komitəsinə üzv seçilib.
Aida Quliyeva Çex Respublikasının paytaxtı Praqada keçirilən illik “Sosial, iqtisadi və akademik liderlik” (Social,economic and academic Liedership- İCSEAL) 7-ci beynəlxalq konfransının elm komitəsinin 8 üzvündən biri seçilib. Elmi komitənin üzvləri Azərbaycanla yanaşı, Rusiya, Ukrayna, Polşa, Kolumbiya və Çin Xalq Respublikasının nümayəndələridir.

Tehsil-press.az

Oxşar xəbərlər