BDU-da “Kimyanın aktual problemləri” mövzusunda XIV beynəlxalq elmi konfrans yekunlaşıb

BDU-da “Kimyanın aktual problemləri” mövzusunda XIV beynəlxalq elmi konfrans yekunlaşıb Bakı Dövlət Universitetində (BDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Kimyanın aktual problemləri” mövzusunda XIV beynəlxalq elmi konfrans başa çatıb.
Respublikamızın müxtəlif elmi müəssisələrindən, eləcə də, Türkiyə, Almaniya, Rusiya, Gürcüstan, İran və Portuqaliya kimi müxtəlif ölkələrdən kimyaçı alimlərin və gənc tədqiqatçıların iştirak etdiyi konfransda 230 məruzə dinlənilib.
Konfransda Türkiyənin Qars Universitetinin professoru Hacali Nəcəfoğlunun “Mn(II), Co(II) ve Ni(II) p-Dietilaminobenzoat komplekslerinin sentezi ve özellikleri”, Rusiyanın Tomsk Politexnik Universitetinin professoru Mehman Yusubovun “Soedineniya polivalentnoqo ioda: sintez i ispolzovanie”, Almaniyanın Rostok Universitetinin dosenti Cavid Səfərovun “Excess and apparent molar properties of 1-ethyl-3-methylimidazolium trifluoromethanesulfonate and methanol binary mixtures”, BDU-nun dosenti Kamran Mahmudovun “Peroxides in metal complex catalysis” və BDU-nun elmi işçisi Ələkbər Hüseynzadənin “Sintez i issledovanie strukturnıx i bioloqiçeskix svoystv diqidropirimidinov i ix reqioselektivno okislennıx produktov” və s. kimi mövzularda kimyanın müxtəlif sahələri üzrə məruzələri dinlənilib və müzakirələr aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər