Bakı Slavyan Universitetinin (BSU) əməkdaşları B.B.Qorodovikov adına Kalmık Dövlət Universitetində “Şəbəkə şərqşünaslığı: monqol və türk etnik qruplarının zaman və məkanda qarşılıqlı əlaqəsi” mövzusunda keçirilən III beynəlxalq elmi forumda iştirak ediblər. Elmi foruma Azərbaycan Milli Elmlər Akademiyasından və respublikamızın bir çox ali məktəblərindən ümumilikdə 13 alim qatılıb. Onlardan 5-i BSU-nu təmsil edib.
Forum çərçivəsində “Altayşünaslıq və monqolşünaslığın aktual problemləri” adlı beynəlxalq elmi konfrans keçirilib. Konfransda BSU-nun professoru Rəhilə Quliyevanın “Türk mifologiyasında at kultu”, elmi işçi Sevinc İmanovanın “XX əsrin ikinci yarısında Azərbaycan nəsrində “ailə” konsepti” mövzularında məruzələri dinlənilib. BSU-nun alimlərinin apardıqları elmi tədqiqatlar konfrans iştirakçılarında böyük maraq yaradıb.
Forum zamanı Kalmık Dövlət Universitetinin rektoru, professor Badma Salayev və universitetin prorektorları azərbaycanlı nümayəndələri böyük rəğbətlə qəbul ediblər. Rektor rəhbərlik etdiyi Kalmık Dövlət Universiteti ilə BSU arasında gələcəkdə sıx əməkdaşlıq qurmaq arzusunu ifadə edib.
Görüş zamanı belə konfransların keçirilməsinin türkologiya, monqolşünaslıq, altayşünaslıq sahəsində elmi tədqiqatların aparılmasına müsbət təsir göstərəcəyi vurğulanıb.
Forumda Azərbaycandan iştirak edən 13 alimin məqaləsi toplu şəklində nəşr olunub.
Konfrans çərçivəsində iştirakçılar Kalmıkiyanın görməli yerlərinə ekskursiya ediblər.
BSU-nun Mətbuat Xidməti