Bakı Slavyan Universiteti “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirəcək

Bakı Slavyan Universiteti “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirəcək Bakı Slavyan Universiteti (BSU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda ənənəvi XII beynəlxalq elmi konfrans keçirəcək.
Konfransın işi “Ulu öndər Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” və “Ən yeni Azərbaycan tarixinin şanlı səhifəsi – Qarabağ uğrunda Vətən müharibəsi” bölmələri üzrə aparılacaq. Həmçinin “Azərbaycanın Vətən müharibəsində zəfəri beynəlxalq münasibətlər kontekstində” mövzusunda dəyirmi masa təşkil olunacaq.
İştirakla bağlı məlumat və məqalə elektron formada martın 30-dan gec olmayaraq [email protected] ünvanına göndərilməlidir.

Tehsil-press.az



Oxşar xəbərlər