25-26 oktyabr 2018-ci il tarixlərində Azərbaycan Dillər Universitetində (ADU) “Tətbiqi dilçiliyin müasir problemləri” mövzusunda III Beynəlxalq konfrans keçiriləcək. Konfrasın işi “I Eksperimental və müqayisəli dilçilik”, “Sosiolinqvistikanın nəzəri və praktik məsələləri”, “Xarici dillərin tədrisinə dair müasir yanaşmalar”, “Tərcüməşünaslığın aktual problemləri”, “Mətnin linqvosemiotik problemləri” adlı beş bölmə üzrə aparılacaq.
Böyük Britaniya, Almaniya, Fransa, Çexiya, Polşa, Rusiya, Türkiyə, Gürcüstan, Finlandiya, Yaponiya, Bolqarıstan, Pakistan, Səudiyyə Ərəbistanı və digər ölkələrdən gələn qonaqlar , eləcə də ADU-dan və respublikanın digər universitetlərdən konfransa qatılan akademik heyət konfrans çərçivəsində Durham Universitetinin professoru Maykl Bayramın mühazirəsində (skayp vasitəsiylə), eləcə də Konin Dövlət Tətbiqi Elmlər Universitetinin professoru Barbara Levandovskanın ustad dərslərində iştirak etmək şansı əldə edəcəklər.

ADU-nun Mətbuat Xidməti