Bakı Slavyan Universiteti “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq konfransa hazırlaşır

Bakı Slavyan Universiteti “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq konfransa hazırlaşır Mayın 7-də Bakı Slavyan Universiteti (BSU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilən “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda ənənəvi XII beynəlxalq elmi konfrans keçirəcək.
Konfransın işi “Ulu öndər Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” və “Ən yeni Azərbaycan tarixinin şanlı səhifəsi – Qarabağ uğrunda Vətən müharibəsi” bölmələri üzrə aparılacaq. Həmçinin “Azərbaycanın Vətən müharibəsində zəfəri beynəlxalq münasibətlər kontekstində” mövzusunda dəyirmi masa təşkil olunacaq.
İştirakla bağlı məlumat və məqalə elektron formada martın 30-dan gec olmayaraq [email protected] ünvanına göndərilməlidir.

Tehsil-press.az


Oxşar xəbərlər