UNEC-də STATA proqramı ilə bağlı təlim keçiriləcək

UNEC-də STATA proqramı ilə bağlı təlim keçiriləcək Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin (UNEC) Koqnitiv iqtisadiyyat mərkəzinin rəhbər müavini, ABŞ Texas A&M Universitetinin tətbiqi iqtisadiyyat departamentinin doktorantı, İnsan davranışları laboratoriyasının baş meneceri Samir Hüseynov tərəfindən UNEC-in professor-müəllim heyəti üçün STATA proqramının öyrənilməsi ilə bağlı onlayn təlim təşkil olunacaq.
Onlayn təlimə qoşulmaq istəyənlər fevralın 24-dək elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi ilə əlaqə saxlayıb qeydiyyatdan keçə bilərlər.
STATA 1985-ci ildə StataCorp tərəfindən yaradılan ümumi məqsədli bir statistik proqram paketidir. Bu paketdən istifadə edənlərin əksəriyyəti tədqiqat sahəsində, xüsusilə də iqtisadiyyat, sosiologiya, politologiya, biotibbi və epidemiologiya sahələrində çalışan mütəxəssislərdir.

Tehsil-press.az



Oxşar xəbərlər