UNEC-də ödənişsiz dil kursu təşkil olunacaq

UNEC-də ödənişsiz dil kursu təşkil olunacaq İşğalçı Ermənistanın mövcud və gələcək iqtisadi durumunu araşdırmaq məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yaradılmış Ermənistan İqtisadiyyatının Araşdırma Mərkəzinə tədqiqatçıların cəlb olunması ilə bağlı mərkəz tərəfindən ödənişsiz erməni dili kursları təşkil olunacaq.
Onlayn şəkildə keçiriləcək kurslarda iqtisadiyyat sahəsi üzrə ali təhsil almış və gələcəkdə mərkəzdə tədqiqatçı kimi çalışmaq istəyən şəxslər iştirak edə bilərlər.
Qeyd edək ki, UNEC-in Ermənistan İqtisadiyyatının Araşdırma Mərkəzinə Türkiyənin Erciyes Universitetinin ermənişünaslıq bölümünün müdiri, Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru, Erciyes Universitetinin professoru Qafar Mehdiyev rəhbərlik edir.
Onlayn dərslərə qoşulmaq istəyənlər fevralın 19-na kimi elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi ilə əlaqə saxlayıb qeydiyyatdan keçə bilərlər.

Tehsil-press.az

Oxşar xəbərlər