“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) təkrar ali təhsil almaq istəyənlərə müraciət edib.
Dəniz Akademiyası 2021/2022-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə ödənişli əsaslarla qiyabi formada təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir:
- 050605 – Dəniz naviqasiyası mühəndisliyi
- 050607 – Elektrik və elektronika mühəndisliyi
- 050609 – Gəmi energetik qurğularının istismarı mühəndisliyi
- 050610 – Gəmiqayırma və gəmi təmiri mühəndisliyi.
Təkrar ali təhsilə sənədlərin qəbulu mayın 17-dən iyulun 12-dək akademiyanın əsas binasında aparılacaq. Qəbul olmaq istəyənlər aşağıdakı sənədləri rəsmi və ya elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququnu qazanırlar:
- rektorun adına ərizə
- ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiqlənmiş surəti (diploma əlavə ilə birlikdə)
- iş yerindən arayış (işlədiyi halda)
- 3x4 santimetr ölçüdə 6 ədəd rəngli fotoşəkil
- şəxsiyyət vəsiqəsinin surəti
- sağlamlıq haqqında arayış.
Bütün ixtisaslar üzrə illik təhsil haqqı 3800 AZN-dır.
1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra akademiyada təkrar ali təhsil ala bilərlər.
Dövlət və özəl ali təhsil müəssisələrinin məzunları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”na uyğun olaraq, ilkin baza təhsil proqramı ilə yenidən əldə ediləcək ixtisasın baza təhsil proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olmaması şərtilə təkrar ali təhsil ala bilərlər.
Ünvan: AZ1000, Azərbaycan Respublikası, Bakı şəhəri, Zərifə Əliyeva küç., 18
Tel: (+99412) 498-73-94
E-mail: [email protected] ; [email protected]
Tehsil-press.az