Türkiyə ABŞ-ın birtərəfli sanksiyalarını pisləyib.
Bu barədə Türkiyənin xarici siyasət idarəsinin məlumatında deyilir.
“ABŞ-ın Türkiyəyə qarşı birtərəfli sanksiyalarını pisləyir və rədd edirik”, - məlumatda qeyd olunur.
“Vaxtilə Türkiyəni Rusiyanın S-400 sistemlərinin alınması haqqında qərar qəbul etməyə məcbur edən şərtləri hər kəs yaxşı xatırlayır. ABŞ Prezidenti Donald Tramp bu məsələdə Türkiyənin mövqeyini şəxsən dəfələrlə dəstəkləyib”, - məlumatda deyilir.
XİN-də bildiriblər ki, Türkiyə tərəfindən əldə olunan S-400 sistemləri ilə əlaqədar NATO sistemlərinin zəifliyi ilə bağlı ABŞ-ın iddialarının heç bir texniki əsası yoxdur: “Türkiyə dəfələrlə NATO-nun iştirakı ilə texniki işçi qrupu yaradılmasını və bu məsələni obyektiv və real əsasda, siyasi qərəzsiz yolla həll etməyi təklif edib”.
“Türkiyə bu qərara qarşı lazımi addımlar atacaq və bu addım qaçılmaz olaraq münasibətlərimizə mənfi təsir göstərəcək. Türkiyə də öz milli təhlükəsizliyini təmin etmək üçün zəruri hesab etdiyi tədbirlərin görülməsindən çəkinməyəcək. Ankara ABŞ-ı Türkiyəyə qarşı sanksiyalarla bağlı ədalətsiz qərara yenidən baxmağa və bu yolverilməz səhvi düzəltməyə çağırır. Bir daha bəyan edirik ki, Türkiyə bu məsələni dialoq və diplomatiya, tərəfdaşlıq ruhuna uyğun həll etməyə hazırdır”, - XİN-in bəyanatında deyilir.
Tehsil-press.az