BDU-da tədbir: Milli Qurtuluş Gününün fəlsəfəsi

BDU-da tədbir: Milli Qurtuluş Gününün fəlsəfəsi Bakı Dövlət Universitetində (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş elmi-praktik tədbir keçirilib.
Tədbirdə əvvəlcə Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun “Milli Qurtuluş Gününün fəlsəfəsi” mövzusunda məruzəsi dinlənilib. Tədbirdə çıxış edən fakültə dekanı vəzifəsini icra edən Ələmdar Cabbarlı, kafedra müdirləri Elçin Əhmədov, Nadir İsmayılov, Knyaz Aslan, dosent Rəşad Qardaşov Milli Qurtuluş Gününün Azərbaycan xalqının taleyindəki həlledici əhəmiyyətindən bəhs ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər