Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş onlayn elmi-praktik konfrans keçirib.
Tədbirdə akademiyanın rektoru, akademik Urxan Ələkbərov çıxış edərək müasir müstəqil dövlətimizin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən, zəngin dövlətçilik təcrübəsindən danışıb. Rektor 1993-cü ildə xalqın təkidli tələbi ilə dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizin bəlalardan xilas olaraq böyük inkişaf yoluna çıxdığını söyləyib. Dahi rəhbər Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycanın inkişaf strategiyasının uğurlu nəticələrindən bəhs edən rektor Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib. Ölkənin inkişafında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi rolunu vurğulayıb.
Milli Məclisin deputatı, DİA-nın Siyasi araşdırmalar institutunun direktoru, professor Elman Nəsirov, Siyasi idarəetmə fakültəsinin dekanı, professor Elçin Əhmədov, Hüquq kafedrasının müdiri, dosent Fəxrəddin Nağıyev və digər çıxış edənlər də ümummilli lider Heydər Əliyevin böyük xilaskarlıq rolundan, siyasi irsinin əhəmiyyətindən, ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu islahatlardan bəhs ediblər.
Tehsil-press.az