Bakı Ali Neft Məktəbində (BANM) 15 iyun - Milli Qurtuluş Gününün 25 illiyi münasibətilə tədbir keçirilib.
Tədbirdə ali məktəbin rektoru Elmar Qasımov, ali məktəbin professor-müəllim heyəti və əməkdaşları iştirak ediblər.
Tədbiri öz sözlərilə açan BANM-ın rektoru E.Qasımov bu gün ölkəmizin qeyd etdiyi Milli Qurtuluş Gününün çox böyük tarixi olduğunu bildirib. Rektor qeyd edib ki, Azərbaycanda 1993-cü ilin yayında respublikada ictimai-siyasi böhranın baş verdiyi və vətəndaş müharibəsi təhlükəsinin yarandığı bir dövrdə ümummilli lider Heydər Əliyev xalqın istəyilə Naxçıvandan Bakıya gəlib. Heydər Əliyev vətəndaş müharibəsinin qarşısını alaraq iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib. Məhz bu səbəbdən Azərbaycan xalqının istəyilə Milli Məclis 1997-ci ildə 15 iyun tarixini “Milli Qurtuluş Günü” kimi bayram elan edib.
Daha sonra tədbirdə ali məktəbin İngilis dili və humanitar fənlər mərkəzinin dosenti, Tarix üzrə fəlsəfə doktoru Ələmdar Şahverdiyev təqdimatla çıxış edib. O bildirib ki, qurtuluşun ilk gərgin 5 ilində ümummilli lider Heydər Əliyev 33 ölkəyə 79 səfər edib, 232 tədbirdə iştirak edib və 431 sənəd imzalayıb. Daha sonra o tədbir iştirakçılarına neft diplomatiyası və Əsrin Müqaviləsinin imzalanması, dünya siyasətində Azərbaycanın mövqeyinin möhkəmlənməsi, beynəlxalq iqtisadi münasibətlərdə Azərbaycanın söz sahibinə çevrilməsinin arxasında duran məqsədyönlü və uğurlu siyasətdən bəhs edib.
Ə.Şahverdiyev həmçinin Heydər Əliyev tərəfindən atılmış uğurlu diplomatik addımlardan - Atəşkəs və daxili sabitliyin yaradılması, neft siyasətinin formalaşdırılması, Qarabağ problemi üzrə regional və beynəlxalq müstəvidə aparılan danışıqlar haqda tədbir iştirakçılarına məlumat verib.
Tədbirin sonunda ümummilli lider Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Hüseyn Şərifov