Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə bu ali məktəbin rektoru, professor Mustafa Babanlı 15 iyun - Milli Qurtuluş Gününün tariximizin unudulmaz səhifəsi olduğunu vurğulayıb.
Rektor 1988-1992-ci illərdə ölkəmizin parçalanmaq təhlükəsi ilə üzləşdiyini xatırladıb və qeyd edib ki, 1993-cü ilin iyununda xalqın tələbi ilə ulu öndər Heydər Əliyevin Azərbaycanda ali hakimiyyətə qayıdışından sonra respublikamız parçalanmaq təhlükəsindən xilas olub.
M.Babanlı Heydər Əliyev ideyalarının əhəmiyyətini diqqətə çatdırıb, Ümummilli Liderin siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini bildirib, respublikamızda qazanılan nailiyyətlərdən danışıb.
Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Aydın Mirzəzadə və digər çıxış edənlər də Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən bəhs ediblər.
Tədbirdə bir qrup müəllim və tələbə Yeni Azərbaycan Partiyasına üzv qəbul olunub.
ADNSU-nun Mətbuat Xidməti