AMEA-nın Fəlsəfə İnstitutunda Milli Qurtuluş Gününə həsr edilmiş “dəyirmi masa” keçirilib.
Tehsil-press.az xəbər verir ki, institutun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə Milli Qurtuluş Gününün dövlətçilik tariximizə dönüş nöqtəsi kimi daxil olduğunu qeyd edib. Bildirib ki, 23 il əvvəl xalqın tələbi ilə yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev böyük xilaskarlıq missiyasını öz üzərinə götürməklə xalqımızın, dövlətçiliyimizin sonrakı taleyində həlledici mərhələnin təməlini qoydu. Bu tarixi gün müasir Azərbaycanın müstəqilliyinin təntənəsi, hüquqi dövlət quruculuğunun başlanğıcıdır. Bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən inam və qətiyyətlə davam etdirilir.
İnstitut direktorunun müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Roida Rzayeva Milli Qurtuluş Gününün mahiyyətindən danışıb, bu günün əhəmiyyətini qeyd edib.
Fəlsəfə elmləri doktoru Azər Mustafayev, ümumi işlər üzrə direktor müavini Qabil Camalov, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, hüquq elmləri doktoru Əli Rzayev, hüquq elmləri doktoru Xaliq Əhmədzadə və digər çıxış edənlər qeyd ediblər ki, məhz bu tarixi qayıdış Azərbaycanı daxili çəkişmələrdən, parçalanmadan, vətəndaş müharibəsindən xilas edib.
Tehsil-press.az