Bakı Dövlət Universitetinin (BDU) Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyasının müdiri, professor Xudaverdi Qənbərovun həmmüəllif olduğu elmi məqalə “Web of Science Clarivate Analitics” elmmetrik beynəlxalq bazasına daxil olan yüksək impakt faktorlu jurnalda dərc olunub.
“Gentamisinin təsirinə cavab olaraq “Enterococcus faecalis” bakteriyasında bioplyonkanın əmələ gəlməsində iştirak edən proteome dəyişikliklərinin induksiyası” (Induction of proteome changes involved in biofilm formation of Enterococcus faecalis in response to gentamicin) adlı məqalə “Microbial Pathogenesis” jurnalında dərc edilib.
Məqalədə “Enterococcus faecalis” bakteriyasının endokardit, bakteriemiya, sidik yollarının infeksiyası və digər xəstəxanadaxili infeksiyaların aktiv törədicisi olduğu qeyd edilib. Bu bakteriya bioplyonka əmələ gətirməklə proteom (zülal) tərkibini dəyişir, nəticədə özünü antibiotiklərin təsirindən qoruyur və patogenliyini artırır.
Tədqiqatın əsas məqsədi “E.faecalis” bakteriyasında proteom dəyişikliklərin baş verməsində və bioplyonkanın əmələ gəlməsində gentamisinin təsirinin qiymətləndirilməsi olub.
Məqaləni BDU-nun saytında yerləşdirilmiş linkdən oxumaq mümkündür.
Tehsil-press.az