BDU professorunun məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub

BDU professorunun məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub Bakı Dövlət Universitetinin (BDU) Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyasının müdiri, professor Xudaverdi Qənbərovun həmmüəllifi olduğu icmal məqalə “Clarivate Analytics”, “Web of Science” beynəlxalq elmi bazalara daxil olan yüksək impakt faktorlu jurnalda yer alıb.
“Baikalin (baykalin), antimikrob və antibioplyonka (biolövhə) xassələrə malik təbii agentdir” adlı ingilis dilində məqalə "Journal of Herbal Medicine" jurnalında dərc olunub.
Aparılan tədqiqat nəticəsində “Baikalin-Scutellaria baicalensis” bitkisinin kökündən alınmış ekstraktın əsas tərkib hissəsini təşkil edən qlikoziloksiflavun maddəsi olduğu müəyyən edilib. İcmal məqalədə antibakterial, antioksidant, antitumor və antiiltihab xassələrə malik baikalin (baykalin) maddəsinin təsir mexanizmi ümumiləşdirilib, iltihab törədən bakteriyalarla və bioplyonkalarla (biolövhələrlə) mübarizənin yeni strategiyası irəli sürülüb.

Tehsil-press.az



Oxşar xəbərlər