BDU əməkdaşlarının elmi-tədqiqat işinin nəticələri impakt faktorlu jurnalda dərc edilib

BDU əməkdaşlarının elmi-tədqiqat işinin nəticələri impakt faktorlu jurnalda dərc edilib Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin əməkdaşları - Biblioqrafiyaşünaslıq kafedrasının müdiri Nadir İsmayılov, dosent Pərviz Kazimi və fəlsəfə doktoru Adilə Abdullayevanın birgə yerinə yetirdiyi elmi-tədqiqat işinin nəticələri “Azərbaycanda kitabxanaşünaslığa dair sənəd axınının elmmetrik təhlili” adlı ingilis dilində məqalədə əks olunmaqla impakt faktorlu “Norwegian Journal of development of the International Science” jurnalında dərc edilib.
Məqalədə Azərbaycanda kitabxanaşünaslığa dair sənəd axınının elmmetrik təhlili, inkişaf dinamikası, strukturu, sahə üzrə alim və mütəxəssislərin reytinqinin müəyyənləşdirilməsi üsulları haqqında məlumat verilib.
Məqalədə təqdim edilmiş elmmetrik tədqiqat üsullarından digər sahələr üzrə də bibliometrik araşdırmaların aparılmasında istifadə edilə bilər.

Tehsil-press.az

Oxşar xəbərlər