Dillər Universiteti və Bakı Mühəndislik Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Dillər Universiteti və Bakı Mühəndislik Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb Noyabrın 6-da Azərbaycan Dillər Universiteti (ADU) ilə Bakı Mühəndislik Universiteti (BMU) arasında elm və təhsil sahələrində əməkdaşlığa dair çərçivə sazişi və elmi-texniki əməkdaşlıq protokolu imzalanıb.
ADU-nun rektoru, akademik Kamal Abdulla Bakı Mühəndislik Universitetinin nümayəndə heyətini universitetdə görməkdən məmnun olduğunu bildirib. Rektor vurğulayıb ki, Azərbaycan universitetlərinin bir-biri ilə əlaqəsi son dərəcə vacib məsələdir. Bu baxımdan texniki universitetlə humanitar universitet arasında belə bir sazişin imzalanması faydalı bir aksiya kimi qiymətləndirilə bilər. Rektor əlavə edib ki, universitetlərin əməkdaşları, tələbələri və digər qurumlarda çalışanları üçün bu cür əlaqələrin çox böyük əhəmiyyəti olacaq.
BMU-nun rektoru professor Havar Məmmədov dəvətə görə minnətdarlığını bildirib. İki universitet arasında əməkdaşlığa dair protokolun imzalanmasının əhəmiyyətindən danışan H.Məmmədov təşəbbüsə görə K.Abdullaya təşəkkürünü ünvanlayıb. O, qeyd edib ki, müstəqil Azərbaycanın savadlı kadrlara ehtiyacı var. Bu mənada ADU dil mütəxəssisləri, BMU isə mühədis kadrların hazırlanmasında mühüm rol oynayır. Bu iki universitetin işbirliyi peşəkar kadrların meydana gəlməsinə öz töhfəsini verəcək.
Digər çıxışçılar müqavilənin əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, ADU-da xüsusi inkişaf tempi var, BMU-nun profili texniki sahəyə istiqamətlənib. Bu mənada müqavilənin imzalanması ilə hər iki universitet bir-birinin təcrübəsindən yararlanmaq imkanı əldə edəcək.
Daha sonra tərəflər arasında elm və təhsil sahələrində əməkdaşlığa dair çərçivə sazişi və elmi-texniki əməkdaşlıq protokolu imzalanıb.
Qeyd edək ki, əməkdaşlığa dair sənəddə elmi-pedaqoji, elmi tədqiqat işlərinin aparılması sahəsində birgə fəaliyyət göstərmək, universitetlərarası əlaqələrin genişləndirilməsi, birgə elmi tədbirlərin keçirilməsi, birgə elmi nəşrlərin təsis edilməsi, tədrisin keyfiyyətinin yaxşılaşdırılması, mütəxəssis hazırlığı səviyyəsinin tələblərə uyğunlaşdırılması, əməkdaşlıq çərçivəsində müxtəlif birgə layihələrin hazırlanması və bir sıra vacib məsələlər nəzərdə tutulub.

ADU-nun Mətbuat Xidməti



Dillər Universiteti və Bakı Mühəndislik Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıbDillər Universiteti və Bakı Mühəndislik Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıbDillər Universiteti və Bakı Mühəndislik Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıbDillər Universiteti və Bakı Mühəndislik Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıbDillər Universiteti və Bakı Mühəndislik Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıbDillər Universiteti və Bakı Mühəndislik Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Oxşar xəbərlər